Simsar.az | bizi özünüzə Simsar bilin
Hindistnada növbəti qatar faciəsi

7 nəfər ölüb, 80 nəfər yaralanıb

Simsar.az xəbər verir ki, Hindistanın cənubunda iki qatar toqquşub. "Sinhua" agentliyinin yerli KİV-ə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 7 nəfər ölüb, 80 adam xəsarət alıb.

Hindistanın NDTV telekanalı məlumat yayıb ki, Tamilnad əyalətinin inzibati mərkəzi Çennay şəhərinin 80 kilometrliyində bir sərnişin qatarı digərinə çırpılıb.

Tələfat sayının arta biləcəyi bildirilir. Çünki yaralılardan 17-sinin vəziyyəti olduqca ağırdır.

Xilasedicilər qəzanın nəticələrinin aradan qaldırılması ilə məşğuldurlar.

14 Sentyabr, 2011  13:28 Baxılıb: 1223

Bu bölmədə