Simsar.az | bizi özünüzə Simsar bilin
EATS 493/498-in abunəçi nömrələrinin yeni stansiyaya köçürülməsinə başlanılıb

  Bütün işlərin Dövlət Müstəqilliyi Gününə qədər başa çatdırılması planlaşdırılır

Bakı Telefon Rabitəsi İstehsalat Birliyi NGN texnologiyası əsasında tamamilə yenidən qurulan EATS 493/498-in rekonstruksiyasını başa çatdıraraq mərhələ-mərhələ abunəçi nömrələrinin yeni stansiyaya köçürülməsi işlərinə başlayıb.

Bu barədə “İCTNews”-ə məlumat verən birliyin baş direktor müavini Xanikişi Kişiyev bildirdi ki, bütün işlərin Dövlət Müstəqilliyi Gününə qədər başa çatdırılması planlaşdırılır.

Baş direktor müavini bununla yanaşı, bəzi layihələrin də həyata keçiriləcəyini istisna etmir. ”Texnologiya durmadan inkişaf edir.

Vətəndaşları daha keyfiyyətli rabitə ilə təmin etməliyik. Bu istiqamətdə tədbirlər davam edir”.

14 Sentyabr, 2011  15:22 Baxılıb: 1254

Bu bölmədə