Simsar.az | bizi özünüzə Simsar bilin
TÜRKİYƏNİN SƏHİYYƏ NAZİRİ BAKIDADIR

Türkiyəli nazir: “Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev Türkiyəyə dəvət ediləcək”

Türkiyə Azərbaycanla səhiyyə sahəsi üzrə böyük əməkdaşlıq edir və qarşılıqlı təcrübə mübadiləsi aparır.Bunu Türkiyənin Azərbaycanda keçirilən Ümumdünya Səhiyyə Təşkilayının Avropa Regional Komitəsinin 61-ci sessiyasında iştirak etmək üçün Bakıya səfər edən Türkiyənin səhiyyə naziri Rəcəb Akdağ jurnalistlərə açıqlamasında bildirib.
Nazir bildirib ki, qarşıdakı günlərdə də bu tədbirlər davam etdiriləcək. Onun sözlərinə görə, belə bir tədbirin Azərbaycanda keçirilməsi çox vacibdir və səfər bu təcrübələrin bölüşməsi üçün əhəmiyyətli olacaq.
Azərbaycanın son illərdə səhiyyə sahəsində çox böyük irəliləyişlər əldə etdiyini deyən R.Akdağ bu ölkənin səhiyyə sahəsində mühüm işlər həyata keçirdiyini söyləyib. Nazir Azərbaycan dövlətinin ən başlıca məqsədinin səhiyyə sahəsində xalqa xidmət etmək olduğunu da əlavə edib. Onun sözlərinə görə, səfər çərçivəsində Azərbaycanın Səhiyyə Nazirliyində görüş keçiriləcək və təcrübələrin mübadiləsi üçün səhiyyə naziri Oqtay Şirəliyev Türkiyəyə dəvət ediləcək.

13 Sentyabr, 2011  19:44 Baxılıb: 949

Bu bölmədə