Simsar.az | bizi özünüzə Simsar bilin
DAVUDOĞLUNA "21-Cİ ƏSRİN LİDERİ" MÜKAFATI

Xarici işlər nazirinin Balkanlardakı fəaliyyəti ödülləndirildi

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu "21-ci əsrin lideri" mükafatına layiq görülüb. Mükafatı mərkəzi Bosniya-Hersoqovinanın paytaxtı Sarayevoda yerləşən və keçmiş Xorvatiya prezidenti Stepan Mesiçin fəxri sədrlik etdiyi, üzvlərinin çoxu boşnak, xorvat və serb intellektuallardan ibarət olan "İnternational League Of Humanist" (Beynəlxalq Humanistlər Liqası) verib.

Beynəlxalq Humanistlər Liqasının baş katibi Zdravko Şurlan "Anadolu" Agentliyinə verdiyi açıqlamada 1974-cü ildə yaradılan təşkilatın Bosniya-Hersoqovina və Balkanlarda sülh və dialoqa verdiyi töhfələrə görə Davudoğlunun bu mükafata layiq görüldüyünü deyib.

Şurlan Türkiyənin və Davudoğlunun bu günə qədər Bosniya-Hersoqovina üçün ciddi səylər göstərdiyini qeyd edib və xüsusilə xarici işlər nazirinin keçmiş Yuqoslaviyanın dağılmasından sonra yaranan kiçik ölkələrin yaxınlaşmasına ciddi töhfələr verdiyini söyləyib: "Biz Davudoğlunun Balkanlar və Bosniya-Hersoqovina üçün göstərdiyi bu səyləri görməməzliyə vura bilməzdik. Nazir dialoq mədəniyyətinə ölçüyə gəlməz töhfələr verib. Davudoğlu sülhün, dialoqun qapılarını aralayan, bu dalğalı torpaqlarda bir arada yaşamağın yolunu göstərən liderdir. Bu səbəbdən onu "21-ci əsrin lideri" elan etmək qərarı verdik. Davudoğlu 21-ci əsr lideridir və bu. humanizmin ən böyük mükafatıdır".

Şurlan bunun boşnaklar, xorvatlar və serblərin ortaq qərarı olduğunu vurğulayıb: "Bu, Davudoğlunun Bosniya-Hersoqovinada hər üç millət arasında eyni şəkildə sayıldığının və siyasətinin təqdir edildiyinin göstəricisidir".

160 ölkədə üzvlərinin olduğunu deyən Şurlan mükafatı Davudoğluna ən yüksək səviyyədə təqdim etmək istədiklərini bildirib: "Biz Davudoğlunun Balkanlardakı, xüsusilə Bosniya-Hersoqovinadakı missiyasına böyük önəm veririk. Çünki bu lider bizim problemlərimizi, bizə nələr olduğunu, keçmişimizi yaxşı bilir. Bu lider Bosniya-Hersoqovinanı modenr dövlət olaraq görmək istəyir. Davudoğlu bir araşdırmaçı, diplomat, tarixçi, filosof və humanistdir. Hər bir insanın dostudur. Hər millət eyni dəyər verir. Bir tək ölçüsü var, o da qarşısındakının adam olmasıdır. Ondan öyrənəcəyimiz çox şey var".

13 Sentyabr, 2011  19:35 Baxılıb: 963

Bu bölmədə