Simsar.az | bizi özünüzə Simsar bilin
PREZİDENT QOBUSTAN RAYONUNA SƏFƏR EDİB

Sentyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qobustan rayonuna gəlib.

Dövlətimizin başçısı əvvəlcə rayon mərkəzindəki Heydər Parkında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Prezident İlham Əliyevə məlumat verildi ki, Heydər Əliyev prospektində yerləşən bu park 2007-ci ildə istifadəyə verilmişdir.

Dörd hektardan çox ərazisi olan Heydər Parkında yaşıllıq zolağı genişləndirilmiş, göz oxşayan fəvvarə kompleksi yaradılmışdır. Parkda rayon sakinlərinin istirahəti üçün hər cür şərait vardır.

13 Sentyabr, 2011  18:32 Baxılıb: 836

Bu bölmədə