Simsar.az | bizi özünüzə Simsar bilin
Səfər Əbiyev Pakistan səfirini qəbul edib

"Pakistan Azərbaycan torpaqlarını işğal edən Ermənistanla heç bir əlaqəyə malik deyil"

Bu gün Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Pakistanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İnayatullah Kakar ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, səfiri yeni təyinatı münasibətlə təbrik edən nazir, müxtəlif sahələrdə Azərbaycanla Pakistanın sıx əlaqələrini diqqətə çatdırıb. O deyib ki, Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri olan Pakistanla əməkdaşlıq indi də yüksək səviyyədə davam edir. S.Əbiyevin sözlərinə görə, iki ölkə arasında hərbi əməkdaşlıq sahəsində də uğurlar qazanılıb.

Səfir İnayatullah Kakar ölkəsinin mövqeyini ifadə edərək bildirib ki, Pakistan Azərbaycan torpaqlarını işğal edən Ermənistanla heç bir əlaqəyə malik deyil.

Görüş zamanı regionda vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə fikir mübadiləsi aparılıb.

13 Sentyabr, 2011  17:40 Baxılıb: 880

Bu bölmədə