Simsar.az | bizi özünüzə Simsar bilin
Rusiya və Qazaxıstan Xəzəri hərbləşdirir

Gələn həftə birgə hərbi təlimlər keçiriləcək

Rusiya və Qazaxıstan Xəzər dənizində birgə hərbi təlim keçirəcək. APA-nın məlumatına görə, təlim “Mərkəz-2011” adı altında sentyabrın 19-dan 26-dək davam edəcək.

Təlimdə Rusiya Hərbi Dəniz Qüvvələri (HDQ) Xəzər Flotiliyasının və Qazaxıstan HDQ-nin müxtəlif – hidroqrafik xidmət, desant, raket katerləri, axtarış, xilasetmə və s. gəmiləri iştirak edəcək. Həmçinin sahil hissələri, artilleriya, dəniz piyadaları, rabitə bölməsi və s. təlimə cəlb olunacaq.

Təlim planına əsasən birləşmiş qüvvələr raket katerləri, kiçik artilleriya gəmisi və tral gəmilərinin dəstəyi ilə sahilə desant çıxarılmasını və axtarış-məhvetmə əməliyyatını həyata keçirəcəklər.

13 Sentyabr, 2011  17:13 Baxılıb: 895

Bu bölmədə