Simsar.az | bizi özünüzə Simsar bilin
"DEVİD KAMERUN YAXŞI KQB AGENTİ OLARDI"

Rusiya prezidenti Dmitri Medvedev İngiltərə baş naziri Devid Kameronun yaxşı KQB agenti ola biləcəyini deyib

İngiltərə baş naziri Devid Kamerun SSRİ dövründə Rusiyanın gizli kəşfiyyat idarəsi KGB ilə maraqlandığını ancaq testləri keçmədiyini söyləyib. Medvedev Kamerunun 1985-ci illərə aid xatirəsini universitet tələbələrinə danışıb.

Kamerunun yaxşı KQB agenti olacağını bildirən Medvedev, "Ancaq onda heç vaxt İngiltərə baş naziri ola bilməzdi",- deyib. Univerisiteti bitirdikdən sonra qatarla Moskvaya sonra da Yaltaya getdiyini bildirən Kamerun, "Daha çox xaricilərin istirahət etdiyi sahildə ingiliscə çox yaxşı danışan iki rus vardı. Onlar məni axşam və günorta yeməyinə aparırdı. İngiltərə haqqında nə düşündüyümü soruşurdular…", - söyləyib.

Kamerun bildirib ki, bu iki nəfərin KQB agenti olduğunu sonradan bildim.

Qeyd edək ki, keçmiş KQB agentlərindən Mixail Boqdanov isə beynəlxalq mətbuata verdiyi müsahibədə Kamerunun keçmiş Sovet və yeni Rusiya kəşfiyyatının hər yerdə olduğu və istədiyi insanı əldə edə bildiyi ilə əlaqədar səhv düşündüyünü bildirərək tənqid edib.

13 Sentyabr, 2011  17:13 Baxılıb: 997

Bu bölmədə