Simsar.az | bizi özünüzə Simsar bilin
Türkiyə İranı əməkdaşlığa çağırdı

Terrorçuluqla mübarizə sahəsində

Rəsmi Ankara İranı terrorçu Kürd fəhlə partiyası ilə mübarizədə əməkdaşlığa çağırır. Bu barədə Türkiyə XİN nümayəndəsi "Hürriyyət" qəzetinə məlumat verib.

Onun sözlərinə görə, regionda terrorizmin məhvi yolunda Türkiyə tərəfi PKK qərargahlarının mümkün dislokasyası və mübarizədə işbirliyi təklifi ilə İranın güc strukturlarına müraciət edib.

SalamNews-un FarsNews-a istinadən verdiyi xəbərə görə, rəsmi Ankara PKK-nin fəaliyyətində İraq hökümətini də günahkar bilib və onları da əməkdaşlığa çağırıb.

Xatırladaq ki, hərbiçi və dinc vətəndaşlar arasında kütləvi itkilərə səbəb olan silsilə terror aktlarından sonra Türkiyə höküməti terror əleyhinə yeni strategiya qəbul edərək, bu işdə qonşu dövlətlərlə əməkdaşlığı gücləndirməyə çalışır.

Bununla əlaqədar, ötən həftə Türkiyə xarici işlər nazirinin müavini Firidun Siniroğlu İraqa ikigünlük səfər edib.

Ankarada keçirilən təhlükəsizlik sammitində Türkiyə XİN rəhbəri Əhməd Davudoğlu bildirib ki, İraq prezidenti Cəlal Tələbani və Şimali İraqın kürd muxtariyyətinin lideri Məsud Bərzani PKK rəhbəriliyini Trükiyənin mübarizədə qətiyyətli mövqeyi barədə məlumatlandırıb.

"Türkiyə öz təhlükəsizliyini təmin edəcək gücə malikdir",- Əhməd Davudoğlu söyləyib.

13 Sentyabr, 2011  16:41 Baxılıb: 833

Bu bölmədə