Simsar.az | bizi özünüzə Simsar bilin
ƏRDOĞAN QƏZZAYA GETMƏDİ

Türkiyə baş naziri Rəcəb Teyyib Ərdoğan Fələstinin Qəzza sektoruna səfər etməyəcək

“Zaman” qəzetinin xəbərinə görə, bunu baş nazirin özü nazirlər, yüksək vəzifəli şəxslər və iş adamlarından ibarət nümayəndə heyəti ilə Misir, Tunis və Liviyaya səfərə getməmişdən əvvəl İstanbul Atatürk hava limanında keçirilən mətbuat konfransı zamanı açıqlamasında bildirib. 
Baş nazir Orta Şərq turnesindən sonra sentyabrın 18-də BMT Baş Məclisinin 66-cı iclasında iştirak etmək üçün Nyu-Yorka gedəcəyini və BMT-yə Qəzzada tətbiq olunan mühasirənin qanuni olmadığını göstərən layihə təqdim edəcəyini vurğulayıb.
Qeyd edək ki, Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın Fələstinin Qəzza sektoruna səfər edəcəyi deyilirdi. Misirə səfər edəcək Ərdoğan buradan "Rəfah qapısı"ndan keçməklə Qəzzaya daxil olacaqdı. 
Qəzzaya səfər öncəsi isə Ərdoğanın Qahirənin məşhur Təhrir meydanında çıxışı planlaşdırılır. Məlumata görə, Ərdoğan bu səfəri daha tez planlaşdırmışdı, amma BMT-nin "Mavi Mərmərə" hesabatını gözlədiyinə görə gecikdirib. R.T.Ərdoğan Misir ziyarətindən sonra Liviyaya keçəcək.

13 Sentyabr, 2011  16:35 Baxılıb: 883

Bu bölmədə