Simsar.az | bizi özünüzə Simsar bilin
BAKIDA ALTIMƏRTƏBƏLİ AVTOPARK TİKİLİR

“Eurovision” müsabiqəsinə qədər Bakıda daha bir avtopark tikilib istifadəyə veriləcək.

İstiqlaliyyət küçəsi ilə Azərbaycan küçəsinin kəsişməsində, Nizami Gəncəvinin heykəlinin yerləşdiyi parkın alt hissəsində altı mərtəbəli avtopark tikilir.

Avtoparkın 2012-ci ildə Bakıda keçiriləcək “Eurovision” mahnı müsabiqəsinə qədər tikilib istifadəyə verilməsi planlaşdırılır.

Qeyd edək ki, son zamanlar paytaxtda avtomobillərin sayının artması ilə müşayiət olunan tıxacların aradan qaldırılması və qadağan olunmuş yerlərdə və yol kənarlarında avtomobillərin qarşısının alınması məqsədilə bir neçə yerdə avtopark tikilir. Belə avtoparklardan biri Heydər Əliyev Sarayının arxa hissəsində, “Qış Bulvarı”nın altında tikilir

13 Sentyabr, 2011  03:00 Baxılıb: 1166

Bu bölmədə