Simsar.az | bizi özünüzə Simsar bilin
Moldava hələ də prezidentsizdir

Dünya rekordu

Lent.az-ın “rbc.ru” saytına istinadən verdiyi məlumata görə, bu, dünya rekordudur.

Moldova parlamentli respublikadır və prezident parlament tərəfindən seçilir. Moldovanın keçmiş prezidenti, Kommunist Partiyasının rəhbəri Vladimir Voronin 11 sentyabr 2009-cu ildə istefa verib. O, 2 dəfə 4 il müddətində olmaqla, prezident postunu tutub və Konstitusiyaya əsasən 3-cü dəfə dalbadal bu post uğrunda mübarizə apara bilməz.

Vladimir Varoninin istefasından sonra prezident səlahiyyətlərini Mixay Qimp həyata keçirməyə başlayıb. Lakin 2009-cu ilin payızında parlament yeni prezident seçə bilməyib və Mixay Qimp parlamentin yeni çağırışına qədər prezident səlahiyyətlərini davam etdirib. 28 noyabr 2010-cu ildə keçirilən növbədənkənar parlament seçkilərindən sonra prezident səlahiyyətlərini parlamentin yeni sədri Marian Lup həyata keçirməyə başlayıb.

Moldova parlamenti hakimiyyətin irəli sürdüyü namizədi müxalifət dəstəkləmədiyi üçün prezident seçə bilmir. Əgər 2009-cu ildə hakimiyyətdə olan Kommunist Partiyasının namizədini müxalifətdə olan liberal-demokratlar dəstəkləməyibsə, 2009-cu ilin payızında keçirilən seçkilərdən sonra hakimiyyətə gələn liberal-demokratların namizədini də kommunistlər dəstəkləməyib. Qanunvericiliyə görə, prezident seçkisində parlamentin 100 üzvündən 61-in səs verməsi lazımdır. Lakin liberal-demokratların müstəqil prezident seçmələri üçün 2 səsləri çatmır.

12 Sentyabr, 2011  20:52 Baxılıb: 989

Bu bölmədə