Simsar.az | bizi özünüzə Simsar bilin
YAP MÜXALİFƏTİN "YOL XƏRİTƏSI" TƏKLİFİNİ GÜLÜNC HESAB EDİR

"İctimai Palata qeyri-qanuni qurumdur və mən belə taşkilat tanımıram" 

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov İctimai Palatanın hazırladığı "Demokratiyaya yumşaq keçidin yol xəritəsi" adlı təkliflərinə münasibət bildirib.

"İctimai Palata qeyriiqanuni bir qurumdur və mən belə bir təşkilat tanımıram. Orada cəmiyyət tərəfindən seçilməyən, səs qazanmayan adamlar toplaşıb. Hərəsi bir dərədən yığışan bir qrup insan nəsə danışıb təkliflər verirlər və bu, gülüncdür", - bu barədə bazar ertəsi Trend-ə Siyavuş Novruzov bildirib.

Novruzov hesab edir ki, İctimai Palatada toplaşanların fərasəti, qabiliyyəti olsaydı, xalq tərəfindən dəstəklənib parlamentə, bələdiyyəyə və ya başqa bir seçkili quruma seçilərdilər.

"Seçilməyənlərin hansı təfəkkürü, qabiliyyəti və yaxud hansı dünyagörüşü imkan verir ki, dövlətə hansısa təkliflər versinlər. O adamların heç demokratiya anlayışları yoxdur, amma demokratiyadan danışırlar", - millət vəkili deyib.

O bildirib ki, İctimai Palatada bekarçılıq əlaməti olaraq hərdən yığışırlar və ortalığa sənəd çıxardırlar.

12 Sentyabr, 2011  20:32 Baxılıb: 906

Bu bölmədə