Simsar.az | bizi özünüzə Simsar bilin
Türkiyə səfiri Haxçıvana gedir

Hulusi Kılıç rəsmi görüşlər keçirəcək

Türkiyənin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Hülusi Kılıç sentyabrın 14-də Naxçıvan Muxtar Respublikasına səfər edəcək. Bu barədə APA-ya açıqlama verən səfir bildirib ki, səfərdə məqsəd Türkiyənin Naxçıvandakı Baş Konsulluğunun inzibati binasının və konsulluq işçiləri üçün nəzərdə tutulan binanın təməlqoyma mərasimində iştirak etməkdir. Səfir Hulusi Kılıçın Naxçıvanda bir sıra rəsmi görüşlər keçirməsi gözlənilir.

12 Sentyabr, 2011  19:22 Baxılıb: 869

Bu bölmədə