Mehriban Əliyeva Bakıdakı möhtəbər tədbirə məktub göndərdi
Məktubu Oktay Şirəlyev oxuyub “Ötən illər ərzində Azərbaycan səhiyyəsi böyük inkişaf yolu keçərək tibb müəssisələrinin maddi-texniki bazasının əsaslı sürətdə yeniləşdirilməsi, müasir tələblərə cavab verən yeni səhiyyə ocaqlarının yaradılması və özəl sektorun qurulması istiqamətində bir çox nailiyyətlər qazanıb. Effektiv həyata keçirilən müxtəlif dövlət proqramları çərçivəsində yoluxucu xəstəliklərin, şəkərli diabet, hemofiliya və ümumən insanların sağlamlığı ilə bağlı digər problemlərin aradan qaldırılması üçün xeyli iş görülüb. Ümidvaram ki, bizim səhiyyə sistemi ilə tanışlığınız da gələcək əməkdaşlığımız üçün möhkəm zəmin yaradacaq”. Simsar.az Trend-ə istinadən xəbə verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin 61-ci sessiyası iştirakçılarına təbrik məktubunda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva deyib. Təbrik məktubunu səhiyyə naziri Oqtay Şirəliyev oxuyub. "Sizin hamınızı Azərbaycan paytaxtı Bakı şəhərində səmimi qəlbdən salamlayıram, hər birinizə uzun ömür, can sağlığı və uğurlar arzulayıram. Ümidvaram ki, ölkəmizdə keçirilən sessiyanın işi səhiyyə üçün taleyüklü sənədlərin qəbulu ilə nəticələnəcək və XXI əsrdə Avropa ölkələrinin səhiyyə sahəsindəki yeni siyasətinin formalaşdırılmasına öz müsbət təsirini göstərəcək", - təbrik məktubunda qeyd edilib.
12 Sentyabr, 2011 19:17 ⁄ Baxılıb: 901
Bu bölmədə26 Aprel, 2024 İlham Əliyev Berlindədir17 Aprel, 2024 İlham Əliyev qəbul keçirdi |