Simsar.az | bizi özünüzə Simsar bilin
PREZİDENTİN YANINDA OLAN FONDUN RƏHBƏRİ ŞANTAJ EDİLİR

Elçin Babayev: "Hədələrə və şantajlara məruz qalıram"

“Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondu tərəfindən maliyyələşən layihələrin rəhbərləri gəmi kapitanıdır. Onlara kənardan kimsə müdaxilə, təzyiq edə bilməz. Onlara təzyiq edən şəxslər gələcəkdə bizim “qara siyahı”ya düşər”.

APA-nın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) tərəfindən keçirilən “Qrant layihələrinin idarə olunması və yerinə yetirilməsi üzrə seminar və təqdimat” adlı tədbirdə EİF-in icraçı direktoru Elçin Babayev deyib. O, konkret ünvan göstərmədən hədələrə məruz qaldığını deyib: “Hədə və şantajlara məruz qalıram”.

E. Babayev EİF tərəfindən maliyyə ayrılmış layihə rəhbərlərinə istifadə edəcəkləri məhsulları alarkən diqqətli olmağı da tövsiyə edib: “Çalışın Rusiya və Türkiyə istehsalı olan cihazları almayın, onlar keyfiyyətsiz olur. Bəzən isə Rusiya şirkətləri ABŞ-da qeydiyyatdan keçərək fəaliyyət göstərir ki, onlardan nəsə alanda problem yaşanır. Çin, Almaniya və digər ölkələrin istehsalı olan cihazları almaq məsləhətdir”.

12 Sentyabr, 2011  19:09 Baxılıb: 931

Bu bölmədə