Simsar.az | bizi özünüzə Simsar bilin
“AZƏRBAYCAN SƏHİYYƏSİ AVROPANIN BİR HİSSƏSİDİR”

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 61-ci sessiyanın Bakıda keçirilməsi barədə Azərbaycanın irəli sürdüyü təklif təşkilatın rəhbərliyi tərəfindən müsbət qarşılanıb.

Bunu Gülüstan Sarayında keçirilən sessiyada Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev deyib.“Avropa regionunda səhiyyə sahəsində problemlər müzakirə olunur və qərarlar qəbul edilir. Bunların əsasında da səhiyyə sahəsində aparılan bütün işlər nizamlanır. Belə böyük tədbirin Bakıda keçirilməsini Azərbaycana böyük hörmət kimi qiymətləndirmək lazımdır”, - deyə O.Şirəliyev qeyd edib.

Səhiyyə naziri bildirib ki, Azərbaycan səhiyyəsi Avropanın bir hissəsidir. Burada qəbul olunan qərarlar Azərbaycana aiddir. Tədbirə gələn qonaqların Azərbaycan səhiyyəsi ilə tanışlıq proqramı var. Onlar Azərbaycanın tibb müəssisələrini gəzəcəklər, öz təkliflərini verəcəklər. Azərbaycan səhiyyəsinin inkişafı hər kəsi maraqlandırır.
“Azərbaycanın bu sahədə gördüyü işlər bütün dövlətlərin marağındadır. Biz fikirləşirik ki, sessiya müddətində gələn qonaqlar bu barədə söhbət edib ətraflı müzakirələr aparacaqlar. Biz onların fikrini eşidəcəyik”, - deyə nazir əlavə edib.

12 Sentyabr, 2011  19:03 Baxılıb: 940

Bu bölmədə