Simsar.az | bizi özünüzə Simsar bilin
ƏSƏD ƏRƏB BİRLİYİ İLƏ ANLAŞIB

Amma xalqa divan tutmağa da davam edir

Suriyadakı olaylarla bağlı heç bir təşəbbüs göstərməməkdə ittiham edilən Ərəb Birliyi hərəkətə keçib. Birliyin baş katibi Nəbil Əl Ərabi Suriya prezidenti Bəşər Əsadla görüşüb və bir islahat planı üzərində anlaşmaya nail olub.

Ancaq polisin xalqa güc tətbiqi hələ də davam edir. Nəbil Əl Ərəbi ilə Əsadın görüşdüyü saatlarda da Suriya təhlükəsizlik qüvvələri xalqa atəş açıb.

Ölkədə şəhər mərkəzlərində motosikletdən istifadə qadağan edilib. Səbəb kimi isə motosikletdən polisə atəş açmaq üçün istifadə edilməsi göstərilib.

Xalq isə artıq Bəşər Əsadın edam olunmasını və ölkəyə beynəlxalq müdafiə qüvvələrinin yerləşdirilməsini tələb edir.

12 Sentyabr, 2011  18:52 Baxılıb: 980

Bu bölmədə