Simsar.az | bizi özünüzə Simsar bilin
“Muhteşem Yüz Yıl”ın növbəti bölümündə nələr olacaq?

Qanuni Sultan Süleyman ilə Pargalı İbrahim arasındakı qarşıdurma yaşanacaq

Türkiyənin məşhur və sevilən serialı olan "Muhteşem Yüz Yıl"-ın yeni mövsüm çəkilişlərində tamaşaçılar Qanuni Sultan Süleyman ilə Pargalı İbrahimin qarşıdurmasını izləyəcək.

Simsar.az saytının hurriyet.com-a istinadən verdiyi xəbərə görə, aktyorlardan Okan Yalabık və Məryəm Uzerlinin baş rolda oynadığı serial, çərşənbə axşamı yenidən televiziya ekranlarında olacaq. 

Serialın ikinci mövsümü, Qanuni Sultan Süleyman ilə Pargalı İbrahim arasındakı qarşıdurmadan və Hürremin bu qarşıdurma içərisindəki mövqeyindən bəhs edəcək.

Pargalı İbrahimi canlandıran aktyor Okan Yalabık yeni mövsümdə gizli, soyuq, həmçinin zaman-zaman isti bir qarşıdurmaya başlayacaq.

Aynurə

12 Sentyabr, 2011  17:42 Baxılıb: 1250

Bu bölmədə