Simsar.az | bizi özünüzə Simsar bilin
Arif Hacılı həbsxanada ciddi xəstəliyə tutulub

Bu barədə onun xanımı məlumat verib

İctimai Palatanın 2 aprel tarixində keçirilən mitinqi zamanı həbs edilərək Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanı pozan hərəkətləri təşkil etmə və bu kimi işlərdə fəal iştirak) maddəsi ilə təqsirləndirilən, hazırda Kürdaxanı həbsxanasında saxlanılan Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının səhhəti barədə xəbər almışıq. 

Simsar.az saytına danışan A. Hacılının həyat yoldaşı Nəzakət xanım bildirib ki, A.Hacılının başında kəskin ağrılar başlayıb: “Onunla görüşdə idik, birdən gözləri qaraldı, başından ağrılar oldu. Bir qədər keçəndən sonra sakitləşdi. Bu hal həbsxanada dəfələrlə təkrarlanıb. Hətta istintaq zamanı müstəntiqin yanında da Arifin başı ağrımışdı. Düşünürəm ki, onun xəstəliyi ciddidir”.

Anar

12 Sentyabr, 2011  17:42 Baxılıb: 1144

Bu bölmədə