Simsar.az | bizi özünüzə Simsar bilin
Uruqvaylı nazirdən sayıqlama

Luis Almaqro Qrabağın Ermənistan ərazisi olduğunu dedi

Uruqvayın xarici işlər naziri Luis Almaqro Dağlıq Qarabağın Ermənistanın tarixi ərazisi olduğunu iddia edib. Simsar.az-ın “newsarmenia.ru” saytına istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Daşnaksütun İnqilabi Federasiyası məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Uruqvay xarici işlər naziri bunu Ermənistan-Uruqvay münasibətlərinə həsr olunmuş forumda bəyan edib. Luis Almaqra bildirib ki, hazırda Uruqvay dövlətinin mövqeyini ifadə etmək üçün bu məsələni öyrənirlər: “Ancaq şəxsən mən əminəm ki, Dağlıq Qarabağ Ermənistanın tarixi ərazisidir və qısa müddətdə ya müstəqil olmalı, ya da Ermənistana birləşməlidir. Bu, Qarabağ probleminin yeganə həllidir”.

Forum Cənubi Amerikadakı Ay Data Komissiyası və Uruqvay-Ermənistan parlament qrupu tərəfindən təşkil olunub.

Azərbaycan Xarici İşlər Nazirliyindən Lent.az-a bildiriblər ki, Luis Almaqronun qeyri-professional və xarici işlər nazirinə yaraşmayan bəyanatından xəbərdardırlar. Azərbaycan XİN-i cavab bəyanatı hazırlayır.

10 Sentyabr, 2011  17:13 Baxılıb: 965

Bu bölmədə