Simsar.az | bizi özünüzə Simsar bilin
Bu dəfə AŞPA-da Azərbaycandan danışılamayacaq

Qurumun gündəliyi açıqlanıb

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) oktyabrın 3-7-də Strasburqda keçiriləcək payız sessiyasının gündəliyi açıqlanıb.

APA-nın AŞPA-nın saytına istinadən verdiyi məlumata görə, sessiyanın gündəmində Azərbaycanla bağlı məsələ yoxdur.

Sessiyada Avropa Şurasının ərəb dünyasında yaranmağa başlayan demokratiyalarla əməkdaşlığı, insan haqları və terrorçuluğa qarşı mübarizə, internetdə və onlayn KİV-də özəl informasiyaların qorunması, miqrasiya məsələləri, xüsusən uşaq miqrantların məsələsi müzakirə olunacaq.

Sessiyanın ilk günü – oktyabrın 3-də assambleyanın Bürosunda və Daimi Komitəsində Türkiyədə keçirilmiş parlament seçkiləri müzakirə ediləcək.

Oktyabrın 6-da Fələstin muxtariyyətinin rəhbəri Mahmud Abbasın çıxışı olacaq. Oktyabrın 7-də Ermənistandakı demokratik institutların fəaliyyəti müzakirə olunacaq.

10 Sentyabr, 2011  16:54 Baxılıb: 830

Bu bölmədə