Simsar.az | bizi özünüzə Simsar bilin
"FƏLƏSTİN İLLƏR ƏVVƏL YARANMALIYDI"

BMT Baş katibi Pan Gi Mun Fələstin Muxtar Respublikasının yaradılmasını dəstəkləyir

BMT Baş katibi Pan Gi Mun Fələstin Muxtar Respublikasının yaradılmasını dəstəkləyir.
O, Kanberredə mətbuat konfransında bu barədə deyib: «Bu dövlət çox-çox illər bundan əvvəl yaranmalıydı». Bununla belə, Pan Gi Mun Fələstin dövlətinin BMT-də tanınması onun səlahiyyətləri xaricindədir: «Hər bir dövlətin hökuməti bu barədə özü müstəqil şəkildə qərar verməlidir. Hər iki dövlətin –İsrail və Fələstin xalqının bir yerdə sülh və təhlükəsizlik şəraitində yaşaması hələ də öz aktuallığını qoruyur. Və mən bunu tam dəstəkləyirəm».
Qeyd edək ki, sentyabrın sonlarına yaxın Fələstinin BMT-də tanınması məsələsini müzakirəyə qoyacaqlar. ABŞ və İsrail buna qarşı çıxır. Birləşmiş Ştatların prezidenti ilk dəfə olaraq Barak Obama rəsmi şəkildə bildirib ki, əgər BMT TŞ Fələstin dövlətini birtərəfli qaydada tanısa, veto hüququndan istifadə edəcək. Eyni bəyanatla Dövlət Departamentinin mətbuat katibi Viktoriya Nuland da çıxış edib. Onun sözlərinə görə Vaşinqton Fələstin dövlətinin BMT vasitəsi ilə dövlətçiliyinin tanınmasını istəməsini səhv addım kimi qiymətləndirir: «Fələsti dövləti ancaq ikitərəfli razılıq əsasında tanınmalıdır».
Rusiya XİN rəhbəri Sergey Lavrov isə Fələstin dövlətinin müstəqilliyinin tanınmasında heç bir maneə görmədiyini bildirib: «Bizim dövlət bunu hələ 50 il əvvəl edib. Moskvada Fələstin səfirliyi var».
Xatırladaq ki, sentyabrın 8-də Fələstin hökuməti rəsmi şəkildə BMT-nin tamhüquqlu üzvü kimi status almaq barədə kampaniyaya başladığını elan edib. Səsvermə sentyabrın 20-də olacaq.
Qeyd edək ki, bir çox dövlətlər, o cümlədən Honduras, Kosta-Rika, Nikaraqua, Dominikan Respublikası, Argentina, Braziliya, Boliviya, Çili, Ekvador və Salvador BMT-də səsvermənin nəticələrini gözləməyərək rəsmi şəkildə Fələstin dövlətini tanıdıqlarını və müstəqilliyini qəbul elədiklərini elan ediblər.

10 Sentyabr, 2011  00:44 Baxılıb: 957

Bu bölmədə