Simsar.az | bizi özünüzə Simsar bilin
Məzahir Pənahov sertifikat verdi

Kurslar davam edəcək

Sentyabrın 9-da Mərkəzi Seçki Komissiyasının təşkil etdiyi seçki hüququ üzrə ixtisaslaşdırılmış kursları bitirmiş dairə seçki komissiyası sədrlərinə sertifikatlar təqdim edilib.

Sertifikatların təqdimat mərasimində çıxış edən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, sentyabrın 5-dən başlanan kurslar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncamı əsasında keçirilib.

Kurslarda Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova, Daxili işlər nazirinin müavini Oruc Zalov, Respublika baş prokurorunun birinci müavini Rüstəm Usubov, Ədliyyə Nazirliyinin məsul işçisi, MSK-nın üzvləri və şöbə müdirləri mühazirələr oxuyub.

MSK-nın sədri mühazirəçilərə və bu tədbirin həyata keçirilməsində əməyi olmuş digər şəxslərə təşəkkür edib. O qeyd edib ki, seçki hüququ üzrə ixtisaslaşdırılımış kurslar sentyabrın 12-dən 14-dək DSK üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün keçiriləcək.

Mərasimin sonunda Məzahir Pənahov dairə seçki komissiyalarının sədlərinə seçki hüququ üzrə ixtisaslaşdırılmış kursları bitirmələri barədə sertifikatlar təqdim edib.

RAMİN

9 Sentyabr, 2011  22:01 Baxılıb: 1628

Bu bölmədə