Simsar.az | bizi özünüzə Simsar bilin
İSRAİL TÜRKİYƏNİN ACIĞINA ERMƏNİ SOYQIRIMINI TANIYACAQ

"israil heç vaxt ermənilərin başına gələn faciəli hadisələri və kütləvi qırğınları inkar etməyib"

İsrailin xarici işlər naziri Aviqdor Liberman beynəlxalq arenada Türkiyəyə qarşı əks təsir göstərmək məqsədilə tədbirlər hazırlamağa göstəriş verib. APA-nın “Mediamaks”a istinadən yaydığı məlumata görə, bu tədbirlər sırasında İsrail-Ermənistan münasibətlərinin yaxınlaşması da var.


İsraildə nəşr olunan “Ediot Axronot” qzəetinin yazdığına görə, İsrail Ermənistanla yaxınlaşmanı ilk növbədə qondarma “erməni soyqırımı”nı tanınması ilə həyata keçirmək istəyir: “Aviqdor Liberman ABŞ-a səfəri zamanı erməni lobbisinin nümayəndələri ilə görüşmək və beynəlxalq səviyyədə “erməni soyqırımı”nın tanınması prosesində onlara İsrailin yardımını təklif etmək niyyətindədir”.

İsrail xarici işlər nazirinin müavini Danni Ayalon və İsrailin Ermənistandakı səfiri Şmuel Meyrom “Mediamaks”a müsahibələrində bildiriblər ki, “İsrail heç vaxt I dünya müharibəsi dövründə ermənilərin başına gələn faciəli hadisələri və kütləvi qırğınları inkar etməyib, lakin proses siyasi müstəviyə keçdiyinə görə, İsrail bu həssas məsələdə Ermənistanla Türkiyə arasında qarşıdurmanın tərəfi olmağı arzulamır”.

9 Sentyabr, 2011  20:02 Baxılıb: 1025

Bu bölmədə