Simsar.az | bizi özünüzə Simsar bilin
SARKİSYAN KÖÇƏRYANLA İSTEFA MƏSƏLƏSİNİ MÜZAKİRƏ EDİB

Ermənistan Prezidenti Serj Sarkisyanla eks-prezident Robert Köçəryan arasında bu günlərdə görüş baş tutub.

Görüş Köçəryanın İsakov prospektindəki mülkündə baş tutub. Prospektin bir hissəsinin kifayət qədər uzun müddətə bağlı olması da məhz bununla əlaqədar olub.Erməni KİV-nin yazdığına görə, şayiələrə əsasən, Sarkisyan və Köçəryan hazırkı daxili siyasi prosesləri və mümkün daxili siyasi ssenarini, istefa məsələsini müzakirə ediblər. Məqalə müəllifləri bu görüşün mövcudluğu ilə bağlı rəsmi təsdiqlənmə almaq məqsədilə Ermənistan Prezidenti Aparatına müraciət etsələr də, cavab almayıblar.

9 Sentyabr, 2011  19:21 Baxılıb: 967

Bu bölmədə