Simsar.az | bizi özünüzə Simsar bilin
TÜRKİYƏ PREZİDENTİNDƏN RAKET QALXANI AÇIQLAMASI

"Raket müdafiə sistemi tamamilə müdafiə məqsədlidir"

Prezident Abdullah Gül NATO-nun qurmağı planlaşdırdığı raket müdafiə sisteminin tamamilə müdafiə məqsədli olduğunu bildirib və "Biz bu məsələdə Rusiya ilə çox yaxın məsələhətləşmələr içərisindəyik" deyib.

Rusiyada keçirilən Qlobal Siyasət Forumunda iştirak edən Gül ölkəyə qayıdarkən verdiyi açıqlamada bildirib ki, Yaroslavldakı görüşlərində raket müdafiə sistemləri məsələsi də gündəliyə gəlib: "Əslində Rusiya Federasiyası NATO-nun strateji ortağıdır. Bəziləri hələ soyuq savaş dövrünün məntiqi ilə düşünürlər. Rusiya və NATO arasında çox yaxın münasibətlər var. Bildiyiniz kimi, raket müdafiə sistemi müdafiə məqsədlidir və silahlara qarşıdır. Bu silahlar yalnız dövlətlərlə bağlı deyil, dövlətlərin xaricindəki təşkilatlar da bugünkü texnologiyalara sahib ola bilməkdədirlər. Yəni qısacası, raket qalxanları tamamilə müdafiə məqsədlidir".

9 Sentyabr, 2011  18:11 Baxılıb: 912

Bu bölmədə