Simsar.az | bizi özünüzə Simsar bilin
İlham Əliyev və Putin Şeyxin fəaliyyətinə qiymət veriblər

 Prezidentlər Allahşükür Paşazadənin fəaliyyətinə yüksək dəyər veriblər

Azərbaycan və Rusiya prezidentləri Qafaqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadənin sülhməramlı fəaliyyətini yüksək qiymətləndirirlər. Bu barədə Rusiya Federasiya Şurasının vitse-spikeri İlyas Umaxanov Bakıda A.Paşazadə ilə görüşü zamanı bildirib.

SalamNews-un İnterfaks-a istinadən verdiyi xəbərə görə, İlyas Umaxanov deyib: "Bu gün Azərbaycan prezidenti İlahm Əliyev mənə bildirdi ki, Dmitri Medvedevlə görüşü zamanı Allahşükür Paşazadənin fəaliyyətini yüksək dəyər verilib. Sizin Ümumqafqaz Evinin yaradılmasına, həmçinin, terrorizm və ekstremizmə qarşı yönələn fəaliyyətiniz yüksək qiymətləndirilir".

Bundan başqa, vitse-spiker Qafqazda sülh və əminamanlığın yaradılmasında göstərdiyi xidmətlərə görə dini liderə Dağıstan və Rusiya xalaqları adından minnətdarlığını bildirib: "Bu gün dünyada dini ayrı-seçkiliyin başda verdiyi bir zamanda Azərbaycan öz tolerantlığı ilə hər kəsə nümunədir".

Umaxanov həmçinin "birləşdirici rolunda" özünü A.Paşazadəyə "kiçik qardaş və köməkçi" olduğunu dilə gətirib.

Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri isə öz növbəsində Umaxanov ilə uzun müddətdir tanış olduğunu xatırladaraq, ondan ən dərin minnətdarlığını D.Medevdevə çatdırmağı xahiş edib.

9 Sentyabr, 2011  17:45 Baxılıb: 979

Bu bölmədə