Simsar.az | bizi özünüzə Simsar bilin
ƏRDOĞANDAN NETANYAHUYA CAVAB

"İsrailin baş naziri səhv yolda olduqlarını söyləyəsi deyildi ki..."

Baş nazir Rəcəb Tayyib Ərdoğan İsrailin hökumət başçısı Bünyamin Netanyahunun "Haqlı və doğru istiqamətdəyik" sözlərinə cavab verib.

Ərdoğan "İsrailin baş naziri qalxıb səhv yolda olduqlarını söyləyəsi deyil" deyib. Türkiyənin baş naziri qeyd edib ki, İsrail üzr istəmədikcə, təzminat ödəmədikcə və Qəzza embarqosunu qaldırmadıqca iki ölkə arasındakı əlaqələr düzəlməz.

Ərdoğan eyni zamanda İsraili təmir üçün verilən, amma təslim edilməyən "Heron" pilotsuz təyyarələri ilə bağlı da xəbərdar edib. Baş nazir "Heron"ların vaxtında təhvil verilmədiyini qeyd edərək, İsraili təmir müqaviləsinin şərtlərini yerinə yetirməyə çağırıb.

9 Sentyabr, 2011  17:20 Baxılıb: 852

Bu bölmədə