Simsar.az | bizi özünüzə Simsar bilin
Oruc Zalov müxalifətin aksiyalarından danışdı

"Ötən parlament seçkilərində 1500 razılaşdırılmış mitinq keçirilib"

2010-cu il parlament seçkilərində 1600-a yaxın mitinq, piket və görüş keçirilib. Bunun müvafiq icra orqanlarının razılığı ilə 1500-ü razılaşdırılmış formada baş tutub.

Simsar.az xəbər verir ki, bu məlumatı Mərkəzi Seçki Komissiyasında (MSK) daxili işlər nazirinin müavini Oruc Zalov Dairə Seçki Komissiyaları sədrləri üçün etdiyi mühazirə zamanı verib.

Onun sözlərinə görə, polis əməkdaşları ilbəil təkmilləşərək yaranacaq hər hansı problemin qarşısını almağa qadirdir. O deyib: “Biz seçkilər zamanı ictimai asayişin qorunması və baş verə biləcək hadisələrin qarşısının alınması işini uğurla yerinə yetiririk. Seçki zamanı namizədlər arasında ciddi mübahisələr yaranması da sonda gərginlik yarada bilər. Biz istəyirik ki, namizədlərin bu problemi həllini tapsın və mübahisələr baş verməsin. Namizədlər seçki zamanı “Sərbəst toplaşmaq haqqında” qanuna uyğun olaraq mitinqlər keçirə bilərlər. Amma bunun üçün gərək müvafiq icra orqanlarının razılığı da olsun”.

9 Sentyabr, 2011  15:57 Baxılıb: 1041

Bu bölmədə