Simsar.az | bizi özünüzə Simsar bilin
İLHAM ƏLİYEV TACİKİSTAN PREZİDENTİNİ TƏBRİK EDİB

Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona təbrik məktubu ünvanlayıb.

"Hörmətli Emoməli Şərifoviç, Tacikistan Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, tarixi ənənələrə əsaslanan Azərbaycan-Tacikistan dostluğunun və əməkdaşlığının daim möhkəmləndirilməsi, xalqlarımızın iradəsini əks etdirən dövlətlərarası münasibətlərimizin inkişafı yolunda qarşılıqlı səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Belə bir əlamətdar gündə Sizə, hörmətli Emoməli Şərifoviç, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Tacikistan xalqına sülh və rifah diləyirəm" İlham Əliyev təbrik məktubunda deyib.

9 Sentyabr, 2011  00:14 Baxılıb: 788

Bu bölmədə