Simsar.az | bizi özünüzə Simsar bilin
ABDULLAH GÜL VƏ MEDVEDEV TƏKBƏTƏK GÖRÜŞÜB

Türkiyə prezidenti Abdullah Gül, Rusiyanın Yaroslavl şəhərində bu il üçüncü dəfə təşkil edilən Qlobal Siyasət Forumunda iştirak edib

Rusiya prezidenti Dmitri Medvedevin dəvəti ilə Yaroslavl şəhərinə gedən Türkiyə prezidenti Abdullah Gül, Rusiya lideri ilə birlikdə, "İctimai Müxtəliflik Çağında Müasir Dövlət" mövzusunun müzakirə olunduğu bağlanış iclasında çıxış edib. Abdullah Gül və Medvedev, forumdan sonra təkbətək görüşüblər.

Medvedev görüşdən əvvəl verdiyi açıqlamada, Abdullah Gülün zirvədə iştirak etməsindən məmnun olduğunu bildirib. Abdullah Gülün mövqeyini bəyəndiyini qeyd edən Rusiya lideri, Yaroslavla gəldiyinə görə ona təşəkkür edib. Medvedev iki ölkə arasında bir çox sahədə əlaqələrin inkişaf etdiyini bildirib.

Abdullah Gül də verdiyi açıqlamada Qlobal Siyasət Forumuna dəvət edilməsi və çıxışı üçün qürur duyduğunu qeyd edib. Yaroslavl şəhərində baş verən təyyarə qəzasına görə təkcə Rusiyanın deyil, onun da ağrılı günü olduğunu bildirib. Abdullah Gül təyyarə qəzasında dünyasını dəyişənlərin yaxınlarına başsağlığı verib.

Qeyd edək ki, Abdullah Gül və Medvedev görüşündə iki ölkə arasında iqtisadi, siyasi və enerji sahəsindəki əlaqələrlə birlikdə regional və beynəlxalq inkişaflar müzakirə olunub.

9 Sentyabr, 2011  00:11 Baxılıb: 851

Bu bölmədə