Simsar.az | bizi özünüzə Simsar bilin
Bolqarıstanın səhiyyə naziri gəlir

Stefan Konstantinov sessiyada iştirak edəcək

Bolqarıstanın səhiyyə naziri Stefan Konstantinov Azərbaycana gələcək.

Bolqar nazir Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional bürosunun 12 sentyabrda Bakıda keçiriləcək sessiyasında iştirak edəcək. Bu barədə Trend-ə Bolqarıstanın Azərbaycandakı səfiri Vasil Kalinov bildirib.

Səfər zamanı bolqar nazir Azərbaycan Səhiyyə Nazirliyində görüşlər keçirəcək, ölkənin səhiyyə sisteminin işi ilə tanış olacaq.

ÜST-ün sessiyası Avropanın 53 ölkəsinin səhiyyə nazirlərinin iştirakı ilə tibbdə müasir nailiyyətlərin tətbiqi, vərəm və antibiotiklərdən düzgün istifadə məsələlərini müzakirə edəcək.

Bundan əlavə, sessiya çərçivəsində Azərbaycan hökuməti ilə Avropa regional bürosu arasında ikiillik əməkdaşlıq sazişi də imzalanacaq.

8 Sentyabr, 2011  20:03 Baxılıb: 943

Bu bölmədə