Simsar.az | bizi özünüzə Simsar bilin
Ermənistan ordusunun 5 illik itkiləri

282 hərbiçi ölüb

Ermənistan paytaxtında “Ordu reallıqda” devizi altında etiraz aksiyası keçirilir. APA-nın “Panarmenian”a istinadən yaydığı məlumata görə, səhər saatlarında hökumət binası qarşısında başlayan aksiyanın iştirakçıları artıq Prezident Administrasiyasının qarşısına toplaşıblar. Bundan əvvəl isə aksiya iştirakçıları əllərində hərbi xidmət zamanı ölmüş əsgərlərin şəkilləri ilə parlament binası qarşısında aksiya keçiriblər.


Helsinki Assambleyasının Vanadzor Ofisinin rəhbəri Artur Sakunts aksiyaların davamlı xarakter daşıyacağını bildirib: “Biz orduda qətl hallarının qarşısının alınacağına konkret qarantiyalar tələb edir və orduda belə insidentlərin sayı azalıb kimi bəyanatlarla kifayətlənmək istəmirik. Biz hərbi sirlərin açıqlanmasını xahiş etmirik, lakin cəmiyyət orduda nə baş verdiyini bilməlidir”.
Onun sözlərinə görə, 2007-2011-ci illərdə Ermənistan ordusunda xidmət keçən 282 hərbçi dünyasını dəyişib, onlardan yalnız 28 nəfər atəşkəs rejiminin pozulması nəticəsində ölüb.

Aksiya hökumətə ünvanlanmış “Qatillər! Qatillər” şüarları ilə davam edir.

8 Sentyabr, 2011  18:36 Baxılıb: 973

Bu bölmədə