Simsar.az | bizi özünüzə Simsar bilin
ATƏT-in payız sessiyasında nə olacaq

Gündəlik açıqlanıb

APA-nın məlumatına görə, sessiyada əsas müzakirə mövzusu “Cənub-Şərqi Avropa regionunun inkişafı: çağırışlar, imkanlar və perspektivlər” olacaq.

Sessiyanın ilk günündə 56 ölkədən olan parlamentarlar Cənub-Şərqi Avropa regionundakı problemləri müzakirə edəcək, o cümlədən effektiv idarəetmə, korrupsiyaya qarşı mübarizə, məcburi köçkün və qaçqınlar problemi, insan ticarəti, Cənub-Şərqi Avropa dövlətləri arasında iqtisadi əməkdaşlıq, energetika sahəsində əməkdaşlıq və regionun infrastrukturunun inkişafı məsələlərinə toxunacaqlar.

Oktyabrın 8-də isə Cənub-Şərqi Avropa regionunun Avroatlantik məkana inteqrasiyası, Avropa İttifaqına qəbulu məsələləri müzakirə olunacaq. Sessiya çərçivəsində həmçinin ATƏT PA-nın Aralıq Dəniz Forumu keçiriləcək. Sessiyada Azərbaycan nümayəndə heyəti də iştirak edəcək.

8 Sentyabr, 2011  18:04 Baxılıb: 831

Bu bölmədə