Simsar.az | bizi özünüzə Simsar bilin
Ombudsman əfv verilməsini istiyir

Elmira Süleymanova Milli Məclisə müraciət edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Milli Məclisə müraciət ünvanlayıb.

Simsar.az xəbər verir ki, bu sözləri Dairə Seçki Komissiyaları sədrləri üçün etdiyi mühazirə zamanı ombudsman Elmira Süleymanova deyib.

O bildirib ki, parlamentə müraciət əfv qəbul olunması ilə bağlıdır. Bir qrup deputat bunun əleyhinə olsa da bu, addım ölkədə insan haqqlarının qorunması, demokratiyanın inkişafı üçün mühüm bir addım olar.

E.Süleymanova söyləyib ki, Azərbaycan müstəqillik əldə etdikdən indiyədək 48 əfv fərmanı və 49 amnitsiya aktı imzalanıb. Lakin bizim səyimiz nəticəsində 339 məhkum əfv olunub. Elə ölkə yoxdur ki, orada bu qədər əfv və amnitsiya imzalansın.

8 Sentyabr, 2011  17:58 Baxılıb: 963

Bu bölmədə