Simsar.az | bizi özünüzə Simsar bilin
Elizabet Taylorun qızılları satışa çıxarılacaq

Onun kolleksiyasına elə daş-qaşlar var ki, qiyməti 3 milyon dollardan çoxdur

Məşhur Hollywood ulduzu Elizabet Taylorun milyon
dolarlıq zinət əşyaları New Yorkda 13-14 dekabrda təşkil olunacaq muzeydə satışa çıxarılacaq.

Zinət əşyaları arasında 33.19 karatlıq almaz üzük ilə, sənətçinin iki dəfə evləndiyi aktyor Richard Burtonun hədiyyəsi olan XVI əsrdən qalma armud şəkilli bir inci də var.

Ürək şəkilli almazı doğuş zamanı ölən qarısının xatirəsinə “Tac Mahal” tikdirən Şah Cihana məxsus olduğu bildirlir. Şah Cihan həmin almazı da xanımının xatirəsinə hazırlatdırıb.

Burton Hindistana səfərində “Elizabet Taylora kaşki “Tac Mahal”ı da ala biləydim, amma daşımaq çətindir” deyib.

Taylorun yüzlərlə daş-qaş koleksiyasında almazlar, safirlər, yaqutlar, zümrüdlər və incilər var. Bəzi əşyaların qiymətinin 3 milyon dolardan çox olduğu bildirlir.

Elizabet Taylor 79 yaşında dünyasını dəyişib.

RAMİN

8 Sentyabr, 2011  17:35 Baxılıb: 1105

Bu bölmədə