Simsar.az | bizi özünüzə Simsar bilin
Qəddafinin səsi çıxdı

Keçmiş prezident Liviyada olduğunu dedi

Liviya rəhbəri Müəmmər Qəddafi Suriyanın “Arrai” telekanalına zəng edib. Simsar.az-ın Türkiyənin “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Müəmmər Qəddafi canlı yayında deyib ki, Liviyadan telefon açır. Liviya rəhbəri ona sadiq qüvvələrin qiyamçıları və Liviyaya hava hücumu təşkil edən NATO-nu məğlub etmək üçün hərəkətə keçəcəyini bəyan edib: “Gənclər indi paytaxt Tripolidəki siçanlara qarşı müqaviməti artırmaq və muzdlu əsgərləri məhv etmək üçün hazırdırlar. NATO-nu məğlub edəcəyik, NATO Liviya xalqı tərəfindən rədd ediləcək”. 

Müəmmər Qəddafi Nigerin Agadez şəhərinə yollanan Liviya hərbi karvanının da fövqəladə bir şey olmadığını söyləyib: “Liviyanın daxilindən və xaricindən Nigerə çoxsaylı avtomobil karvanı gedir və Liviyaya qayıdır. Bu, ilk avtomobil karvanı deyil”.

8 Sentyabr, 2011  17:24 Baxılıb: 1028

Bu bölmədə