Simsar.az | bizi özünüzə Simsar bilin
ƏRDOĞAN ÇIXIŞ EDİR, İSPANİYANIN BAŞ NAZİRİ YATIR

Jose Blanconun yatması nazirlərin gülüşünə səbəb olub

Türkiyə İspanya arasında iqtisadi əməkdaşlığa dair keçirilən görüşdə İspanyanın baş naziri Jose Luis Zapateroyu müşaiyət edən hökumət nümayəndəsi Jose Blanco mətbuat konfransında yuxulayıb.

Baş nazir Ərdoğanın açıqlamaları zamanı da yuxudan oyanmayan Bakan Blanconun vəziyyəti İspanya və Türkiyə xarici işlər nazirlərinin gülüşmələrinə yol açıb.

Durumun fərqinə varan Blanco daha sonra yuxusunu yarımçıq qoyaraq konfransı tərk edib.

Bu olayı İspaniya hökumətinə yaraşdırmayan Madrid mətbuatı “ölkə iqtisadiyyatının çökməsinin əsl səbəbi məlum oldu. Bu məmurların yuxulamasıdır” deyə, istehza ediblər.

RAMİL

8 Sentyabr, 2011  17:18 Baxılıb: 1093

Bu bölmədə