Simsar.az | bizi özünüzə Simsar bilin
Elmira Süleymanova: "İnsan hüquqlarının pozulması halları var"

"Elə bir ölkə yoxdur ki, orda pozuntu olmasın"

Azərbaycanda son illərdə insan hüquqlarının təmin olunmasında irəliləyiş var. Simsar.az-ın məlumatına görə, bunu cümə axşamı ombudsman Elmira Süleymanova dairə seçki komissiyaları (DSK) sədrləri üçün keçirilən seçki hüququ üzrə kurslarda çıxışı zamanı deyib.

"İnsan hüquqlarının təmin olunması, səmərəli müdafiəsi məqsədilə mükəmməl qanunvericilik bazası yaradılıb. Buna baxmayaraq, insan hüquqlarının pozulması faktları da var. Elə bir ölkə yoxdur ki, orda pozuntu olmasın", - Süleymanova əlavə edib.

8 Sentyabr, 2011  15:46 Baxılıb: 1345

Bu bölmədə