Simsar.az | bizi özünüzə Simsar bilin
Təyyarə qəzasında 43 nəfər öıdü

Ölənlərin əksəriyyəti hokkeyçidi

Rusiyanın Yaroslavl şəhərində qəzaya uğrayan “Yak-42” təyyarəsinin göyərtəsindəkilərin adları açıqlanıb. ANS PRESS-in məlumatına görə, siyahı Rusiya Fövqəladə Hallar Nazirliyinin internet saytında yerləşdirilib. Siyahıda 8 heyət üzvü və “Lokomotiv” hokkey komandasının 32 üzvü olub. Hokkeyçilərdən 26-sı Rusiya vətəndaşı, 11-i isə xarici vətəndaşlardır.

Son məlumatlara görə, təyyarənin qəzaya uğradığı yerdən 25 nəfərin cəsədi tapılıb. Hələlik 8 nəfərin cəsədinin axtarışları davam edir.

Qeyd edək ki, “Yak-Servis” hava yolları şirkətinə məxsus “Yak-42” təyyarəsində “Lokomotiv” hokkey klubunun üzvləri Minskə gedirmiş. Bu gün Belarus paytaxtında Kontinental Hokkey Liqası çərçivəsində Minsk “Dinamo”su və Yproslavlın “Lokomotiv” komandaları qarşılaşmalı idilər.

Rusiya FHN-in məlumatına görə, təyyarəsinin göyərtəsində 45 nəfər olub. Onlardan cəmi 2-si sağ qalıb.

8 Sentyabr, 2011  15:27 Baxılıb: 942

Bu bölmədə