Simsar.az | bizi özünüzə Simsar bilin
Ötən ay Ceyhandan 2,5 milyon ton neft ötürülüb

Ötən 8 ay ərzində bu limanından dünya bazarlarına çıxarılmış neftin həcmi 22.9 milyon ton olub

Avqust ayı ərzində 2 milyon 547 min 71 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. Dövlət Neft Şirkətinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu həcmin 1 milyon 561 min 562 tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib. 

Bu ilin yanvar-avqust aylarında Ceyhan limanından dünya bazarlarına çıxarılmış neftin həcmi 22 milyon 91 min 977 ton olub. Ümumiyyətlə, BTC istismara verilən gündən 2011-ci ilin sentyabr ayının 1-ə qədər Ceyhan limanından 164 milyon 26 min 178 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

8 Sentyabr, 2011  04:48 Baxılıb: 972

Bu bölmədə