Simsar.az | bizi özünüzə Simsar bilin
PREZİDENTİN FƏRMANI

Azərbaycan prezidenti hərbi xidmətə çağırış və hərbi qulluqçularının ehtiyata buraxılması haqqında fərman imzalayıb

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2011-ci il oktyabrın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında fərman imzalayıb.

1993-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1976-1992-ci illərdə doğulmuş, yaşı 35-dək olan, respublikanın Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan Respublikası vətəndaşları 2011-ci il oktyabrın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılır.

“Hərbi xidmət haqqında” qanunda nəzərdə tutulmuş xidmət müddətini keçmiş əsgər, matros və çavuşlar isə 2011-ci il oktyabrın 1-dən 30-dək ehtiyata buraxılırlar.

Nazirlər Kabineti və yerli icra hakimiyyəti orqanlarına Fərmanın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görmək tapşırılıb.

8 Sentyabr, 2011  00:19 Baxılıb: 835

Bu bölmədə