Simsar.az | bizi özünüzə Simsar bilin
Ocalanın Suriya həyatına dair şəkillər ortaya çıxıb

Pul, qadın və terror onun həayat devizi olub

PKK terror təşkilatının əliqanlı lideri Abdulla Öcalanın Suriyada yaşadığı illərə dair fotoşəkillər meydana çıxıb. Bu barədə Türkiyə mediasında şəkil sessiyası ilə zəngin materiallar dərc olunub. 
Yüzlərlə fotoşəkil arasında Öcalanın çimərlikdə və qaldığı villanın hovuzunda üzərkən, futbol oynayarkən, qadın terroristlərlə ad günü qeyd edərkən çəkilmiş görüntüləri var. Ayrıca hər hovuz və dəniz səfasından sonra topluca yeyilən yeməklərə aid pozalar da diqqəti çəkir. 
Fotoşəkillərdə Öcalanın bu dövrdə hər cür rahatlıq və lüksə sahib bir həyat sürdüyü görünür. Suriyanın paytaxtı Dəməşqdə yüksək divarlarla çevrəli lüks bir villada qalan Öcalanın yanındakı bir qrup PKK-çı dahovuza girir.
Hovuzda verilən pozalarda Öcalanın yanında 10 təşkilat mənsubu var. Fotoşəkillərdə təşkilat mənsublarının üzərkən Öcalanın qabağına keçməməyə çalışdığı diqqətdən qaçmır. Geniş bir sahəsi olan villanın bağçasında idman meydançaları görünür. 
Abdullah Öcalanı üzərkən göstərən bir başqa fotoşəkilin ünvanı isə Suriyanın Lazkiye şəhərindəki bir çimərlikdir. Kəsrə Öcalan ilə burada obyektiv qarşısına keçən Öcalanın fotoşəkilləri arasında yalnız qadın terrorçularla birlkdə olduğu pozalar da var. Bu fotoşəkillərdən birində Öcalan üçün hazırlanan ad günü tortu üçün 4 qadın görünür. Qadınlar tortu kəsməyə Öcalan isə yeməyə hazırlaşır.
Bəzi fotoşəkillərdə isə BDP-nin müşüh simaları görünür. Onlardan biri deputat Əhməd Türk, digəri isə Güldən Kışanakdır. 

7 Sentyabr, 2011  17:49 Baxılıb: 988

Bu bölmədə