Simsar.az | bizi özünüzə Simsar bilin
Bu il məhsul bol olacaq

FINDIQ YIĞIMI BAŞLADI

Zehin artıran və bol enerji mənbəyi olan fındığın yığımına başlanılıb.

Bu səbəbdən şimal-qərb bölgəsində ən çox fındıq istehsal edən rayonlardan biri olan Zaqatala bağlarında da canlanma müşahidə olunur. Tezyetişən fındığın yığımı artıq başa çatmaq üzrədir.

Rayonda 30-dən artıq fındıq emalı müəssisəsinin olması fermerlərin bu sahəyə marağını ilbəil artırır. Emal olunmuş fındıq Rusiya, İtaliya, Fransa, Polşa kimi ölkələrə ixrac olunur.

Rayonda məhsulun qiyməti növünə görə kiloqramı 1.30-1.50 azn arasında dəyişir. Bu il fermerlər məhsulu 7282 hektar ərazini əhatə edən bağlardan yığırlar.

Ötən il rayonda 10 min 545 ton fındıq yığılıb. Bu il isə məhsuldarlığın daha yüksək olacağı gözlənilir.

Yüksək məhsuldarlıq əldə etməyi hədəfləyən kəndlilər növbəti il üçün fındıq bağlarının daha da genişləndirilməyi nəzərdə tuturlar.

7 Sentyabr, 2011  16:50 Baxılıb: 987

Bu bölmədə