Simsar.az | bizi özünüzə Simsar bilin
QONDARMA ERMƏNİ SOYQIRIMI İSRAİL PARLAMENTİNDƏ

İsrailin Türkiyəyə cavabı: "Qondarma erməni soyqırımı parlamentdə"

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu iki ölkə arasında diplomatik münasibətlərin ikinci katib səviyyəsinə endiriləcəyini və bütün hərbi razılaşmaların dondurulması ilə bağlı bəyanatına cavab özünü çox gözlətmədi.Artıq İsrail "erməni soyqırımı" iddiaları yenidən gündəmə gətirməklə Türkiyəni təhdid etməyə başlayıb. Bu dəfə iddianın gündəmə gəlməsində israrlı olan İsrail parlamentinin üzvü Arye Eldaddır.



O, “erməni soyqırımının tanınması üçün” parlament fəaliyyətə başlayan kimi bir layihə təqdim edəcəyini söyləyib: “İsrail səfirini deportasiya edən Türkiyə bunun əvəzini ödəməlidir. Eyni zamanda "Mavi Mərmərə" hadisəsi zamanı yaralanan İsrail əsgərləri üçün Türkiyədən təzminat tələb edilməlidir”

7 Sentyabr, 2011  16:06 Baxılıb: 858

Bu bölmədə