Simsar.az | bizi özünüzə Simsar bilin
Bələdiyyələr dövlətdən torpaq istəyir

Onların satılası heç nəyi qalmayıb

Azərbaycanda bələdiyyələr dövlətdən əlavə torpaq istəyirlər. APA-nın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslarda çıxış edən Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə məlumat verib.

O bildirib ki, bələdiyyələr fondlarındakı torpaqları satdığından, hazırda büdcələrini formalaşdırmaqda çətinlik çəkirlər. Məhz dövlətdən də torpaq bu məqsədlə istənilir: “Bələdiyyələr gərək fəaliyyətini başqa üslubda qursunlar ki, büdcələrini formalaşdıra bilsinlər”.

A. Rəhimzadənin sözlərinə görə, respublika üzrə cəmi 7 bələdiyyə nəzərdə tutulan planı doldura bilib. O deyib ki, ölkədə 1718, bəzi mənbələrə görə isə 1722 bələdiyyə var.

7 Sentyabr, 2011  16:00 Baxılıb: 815

Bu bölmədə