Simsar.az | bizi özünüzə Simsar bilin
PREZİDENT SƏRƏNCAM İMZALAYIB

Bakıda görkəmli Azərbaycan sərkərdəsi Babəkin abidəsi ucaldılacaq

Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərində görkəmli Azərbaycan sərkərdəsi Babəkin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində böyük Azərbaycan sərkərdəsi Babəkin abidəsi ucaldılsın.

Bakı şəhər İcra Hakimiyyətinə Babəkin abidəsinin ucaldılması ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

7 Sentyabr, 2011  00:16 Baxılıb: 918

Bu bölmədə