Simsar.az | bizi özünüzə Simsar bilin
“OSKAR-2012” NİN APARICISI KİM OLACAQ?

Gələn il keçiriləcək “Oskar” film mükafatlandırma mərasiminin aparıcısının kimliyi məlum olub

Xarici saytlar yazır ki, “Oskar-2012”-ni Edi Mörfi aparacaq.

Bildirilir ki, 2012-ci il “Oskar” film mükafatlarının təşkilatçısı Bret Ratner fevralın 26-da keçiriləcək tədbirdə Edi Mörfinin aparıcılıq etməsini təsdiqləyib. Bundan əvvəl isə Opra Uinfri və Riki Gerves kimi məşhurların bu mükafatlandırma mərasiminə aparıcılıq etməsi üçün namizədlikləri irəli sürülüb.

Xatırladaq ki, “Oskar-2011”-in aparıcılığını Enn Hetvey və Ceyms Franko edib.

6 Sentyabr, 2011  23:56 Baxılıb: 1136

Bu bölmədə