Simsar.az | bizi özünüzə Simsar bilin
MACARISTAN PREZİDENTİ AZƏRBAYCANA GƏLƏCƏK

Macarıstan Prezidenti Pal Şmitt noyabrın birinci yarısında Azərbaycana səfər edəcək

Bu barədə çərşənbə axşamı diplomatik mənbələrdən məlumat verilib.

Bu, Macarıstan dövlət başçısının Azərbaycana ilk səfəridir.

Macarıstan Prezidentinin Azərbaycana səfəri zamanı iki ölkənin əməkdaşlıq məsələlərinin geniş spektrinin müzakirəsi nəzərdə tutulub.

Səfər zamanı Prezident Şmitti hökumət nümayəndə heyəti ilə yanaşı, Macarıstanın işgüzar dairələrinin nümayəndələri də müşayiət edəcək.

Həmçinin, Bakıda ticari-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Macarıstan hökumətlərarası komissiyasının sayca ikinci iclasının keçirilməsi planlaşdırılır.

Ticari-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Macarıstan hökumətlərarası komissiyasının birinci iclası 2010-cu il fevralın 23-də Macarıstanın paytaxtı Budapeştdə keçirilib. İclasda Azərbaycanla Macarıstan arasında iqtisadi əlaqələrin cari vəziyyəti, o cümlədən tədarüklərin təhlükəsizliyinin təmin olunması, neft-kimya sahəsi, kənd təsərrüfatı, turizm və tikinti sektoru üzrə əməkdaşlığın inkişafı perspektivləri müzakirə olunub.

trend

6 Sentyabr, 2011  23:41 Baxılıb: 885

Bu bölmədə